...

"Bakı" özünün əsas rəqibindən məhrum oldu

Cəmiyyət Materials 23 Dekabr 2005 12:55 (UTC +04:00)

Azərbaycan çempionatında medal uğrunda mübarizə aparan "Bakı" futbol klubu müvəqqəti olaraq zərbə hücumçusu Andrey Ştoltsersdən məhrum olub.

Komandanın baş məşqçisi Əsgər Abdullayevin Trend ə verdiyi məlumata görə, ilin sonunda Tailandda beynəlxalq turnirdə çıxış edəcək Latviya yığmasından dəvət alıb. Bu xəbər uzun müddətdən bəri ölkənin milli komandasına çağırılmayan və əsas tərkibdə öz yerini sübut etmək şansı qazanan futbolçunun özünü təəccübləndirib.

Qeyd etmək lazımdır ki, turnirdə latviyalılarla yanaşı, meydan sahibləri, eləcə də Oman və Şimali Koreyanın yığmaları da oynayacaq. Kollektivlər dairəvi sistemdə görüşəcəklər, sonuncu gün (dekabrın 30-da) birinci yüer uğrunda mübarizə aparılacaq.

Xəbər lenti

Xəbər lenti