...

"Neftçi" Tomislav Mişuru komandaya qaytaracağına ümidini itirib

Cəmiyyət Materials 7 Fevral 2006 16:00 (UTC +04:00)

"Neftçi" futbol klubu öz şəxsi işləri ilə bağlı Sloveniyaya gedən hücumçu Tomislav Mişuru komandanın tərkibinə qaytaracağına ümidini praktiki olaraq itirib.

Bakılıların komandasının press-attaşesi Səbuhi Səfiyarlının Trend ə verdiyi məlumata görə, son vaxtlar hücumçudan heç bir xəbər yoxdur. "Əgər əvvəllər o heç olmazsa, zəng edirdisə, indi T,Mişurdan xəbər-ətər yoxdur. Çox güman ki, Tomislav artıq bizim sıralarımı tərk edib", - deyə S.Səfiyarlı bildirib. Ola bilər ki, hücumçu öz karyerasını ona bir sıra təkliflərin olunduğu vətənində davam etdirəcək Amma o, artıq Bakıya qayıtmağa hazırlaşmır.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan pasportunun təqdim edildiyi sloveniyalı legioner "Neftçi"nin rəhbərliyindən hələ yanvar ayında Birldiyin Kubokunun gedişində bir neçə günlüyüə icazə almışdı.

Xəbər lenti

Xəbər lenti