...

İyulda Moskvada dini liderlərin Ümumdünya sammiti keçiriləcək

Cəmiyyət Materials 22 Fevral 2006 12:20 (UTC +04:00)

İyulun 4-5-də Moskvada dini liderlərin Ümumdünya sammitinin keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

İdarədən qeyd ediblər ki, bu forumun keçirilməsi təşəbbüsü Rusiya prezidenti Vladimir Putinin Bakıda Azərbaycanın dini icmalarının rəhbərləri ilə görüşü zamanı Rus Pravoslav kilsəsinin rəhbəri II Aleksi tərəfindən irəli sürülüb. V.Putin onun bu ideyasını dəstəkləyib.

Görüşdə Rusiya prezidentinə 2005-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə tərəfindən təsis olunmuş Şeyxülislam ordeni təqdim olunub. Orden bir-birinin üzərində yerləşmiş iki səkkizguşəli ulduzdan ibarətdir. Onun mərkəzində islamın simvolları günəş və ayın, həmçinin, ağ göyərçin və iki qızılgülün təsvir olunduğu göy halqa var. Firuzəyi fon mina, qızılgül - yaqut, göyərçin isə ağ qızıldan hazırlanıb.

İlk dəfə bu ordenə ölümündən sonra Heydər Əliyev layiq görülüb.

Xəbər lenti

Xəbər lenti