...

Dünya Azərbaycanlılarının Bakıda keçiriləcək II qurultayının proqramı müəyyənləşib

Cəmiyyət Materials 13 Mart 2006 13:55 (UTC +04:00)

Dünya Azərbaycanlılarının Bakıda keçiriləcək II qurultayının proqramı müəyyənləşib. Təşkilat Komitəsindən Trend ə məlum olub ki, martın 16-da səhər saat 9-dan başlayaraq diaspora nümayəndələri və digər rəsmi qonaqlar Fəxri Xiyabanda H.Əliyevin məzarını, Şəhidlər Xiyabanınını ziyarət edəcəklər. Saat 11.00-da qurultayın rəsmi açılış mərasimi keçiriləcək və "Heydər Əliyev və Azərbaycan diasporu" filminin nümayişi olacaq. Bundan sonra prezident İlham Əliyevin çıxışı, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun "Azərbayjan diasporu dirçəliş yollarında: dünən, bu gün, sabah" mövzusunda məruzəsi dinləniləcək, mandat komissiyasının məlumatı və qurultayın ünvanına daxil olmuş təbriklər oxunacaq.

Nahardan sonra məruzələr ətrafında çıxışlar olacaq. Qısa fasilədən sonra Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və İdarə Heyətinin yeni tərkibi müzakirə və təsdiq ediləcək, qurultayın Redaksiya Komissiyasının məlumatı və sənədləri, Qətnaməsi, Dünya Azərbaycanlılarına, beynəlxalq təşkitlatlara (Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı), eləcə də Azərbaycan və türk diaspor təşkilatlarına müraciətin qəbul olunması nəzərdə tutulub.

Həmin gün saat 20.00-da prezident İlham Əliyevin adından qurultay nümayəndələri və qonaqların şərəfinə ziyafət veriləcək, saat 22-də isə atəşfəşanlıq olacaq.

Proqram martın 17-də qurultay iştirakçılarının rayonlara tanışlıq xarakterli səfəri ilə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti