Lənkəranda müalicə-diaqnostika mərkəzində avadanlığın quraşdırılması başa çatır. Bu haqda Trend ə tikinti işlərini maliyyələşdirən Dövlət Neft Şirkətindən (ARDNŞ) xəbər verilib.
Avadaqlıq "Simens" və "Frizenius" şirkətlərindən alanır ki, bu məqsədlər üçün təxminən 2 mln. dollar vəsait ayrılıb.
Hazırda binada naxış işləri aparılır və bu işlərin mayda başa çatdırılması nəzərdə tutulub.
ARDNŞ-dən verilən məlumata görə, hələlik obyektin rəsmi açılış tarixi dəqiqləşdirilməyib.
Burada müxtəlif növ yeni avadanlıqla təchiz olunmuş dializ, təcili yardım, funksional diaqnostika şöbələri fəaliyyət göstərəcək.
Bənzər obyektlərin tikintisi paralel olaraq Əli-Bayramlı, Bərdə, Gəncə, Qazax və digər regionlarda da aparılır.
Layihə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına əsasən gerçəkləşdirildiyi üçün istismara verildikdən sonra mərkəzdə təxminən 200-250 adam işləyəcək.
Kadrların hazırlanması Azərbaycanın Səhiyyə Nazirliyinin planına müvafiq olaraq aparılır ki, bu barədə nazir Oqtay Şirəliyevin də sərəncamı var.