...

Daha bir "Əl-Qaidə"çi ilə bağlı materillar Baş Prokurorluqdan məhkəməyə göndərilib

Cəmiyyət Materials 25 Aprel 2006 12:22 (UTC +04:00)

Daha bir "Əl-Qaidə" beynəlmiləl terror təşkilatının üzvü Dalka Farukla bağlı iş materialları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə (ACDİÜM )göndərilib. Bu barədə Trend ə BP İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Həsən Mirzəyev məlumat verib.

Türkiyə vətəndaşı olan Dalka Faruk təşkilatın digər üzvləri barədə istintaqa məlumat verdiyinə və digər köməkliklər etdiyinə görə onun işi 15 nəfərlik dəstənin işindən ayrılıb, barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb.

D.Faruk Azərbaycan Respublikası Cinayət məcəlləsinin 279-cu (qanunvericilkdə nəzərdə tutulmayan silahlı dəstə yaratma) maddəsi ilə təqsirləndirilir.

ACDİÜM-dən isə bildiriblər ki, iş materialları məhkəməyə yeni daxil olub və hələlik heç bir hakimin icraatına verilməyib.

Qeyd edək ki, dəstənin 15 üzvü aprelin 19-da həmin məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti