...

FILA Hüsaməddin Rəcəbovun yarışlardan uzaqlaşdırılması müddətini azalda bilər

Cəmiyyət Materials 1 İyul 2006 13:47 (UTC +04:00)

Bu günlərdə Beynəlxalq Güləş Federasiyası (FILA) 2005-ci il dünya çempionatının gümüş mükafatçısı, yarışdan sonra dopinq testi müsbət nəticə vermiş Hüsaməddin Rəcəbova qarşı sanksiyaların yumşaldılması ilə bağlı son qərar qəbul etməlidir.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi məlumata görə, bu günlərdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmiş "Qızıl Qran-Pri"nin finalı zamanı Azərbaycan tərəfi atletin yarışlarda iştirakdan məhrum edilməsi müddətinin (bu müddət 2 ilə bərabərdir) azaldılması ilə bağlı intensiv danışıqlar aparıb. "FILA onu da nəzərə alıb ki, Hüsaməddinin dopinq testi qadağan olunmuş preparatlardan istifadə nəticəsində deyil, idmançının tezliklə sağalmaq üçün qəbul etdiyi dərmanlarla əlaqədar müsbət nəticə verib. Düşünürəm ki, Beynəlxalq Federasiyanın məmurları bu işdə bizə kömək edəcək və istedadlı pəhləvan artıq gələn il yarışlarda çıxış edə biləcək", - deyə C.Qurbanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti