...

"Yuventus", "Lasio" və "Fiorentina" ən aşağı diviziona keçiriliblər

Cəmiyyət Materials 15 İyul 2006 11:39 (UTC +04:00)

İtaliyanın "Yuventus", "Lasio" və "Fiorentina" futbol klubları yeni mövsümə B liqasında başlayacaqlar. Bu qərarı cümə günü ölkədə ən böyük futbol korrupsiya qalmaqalını araşdıran İtaliyanın hökümət orqanları verib.

Turinin "Yuventus", Romanın "Lasio" və Florentinanın "Fiorentina" komandası İtaliya çempionatının ən aşağı divizionuna keçirilməklə cəzalandırılıblar. Bundan başqa, onlar mövsümə mənfi xal balansı ilə başlayacaqlar. "Yuventus"un hesabında mənfi 30 xal, "Lasio"da - mənfi 7, "Fiorentina"nın hesabında isə mənfi 12 xal var. Hər üç komanda 2006/07 Avropa kuboklarında iştirak etmək imkanından məhrum olunub. "Yuventus" komandası 2004/05 və 2005/06 mövsümlərində qazandığı bütün titullardan məhrum olunub.

Korrupsiya qalmaqalına aidiyyatı olan daha bir komanda - "Milan"- sərt cəzadan yaxasını qurtara bilib. "Milan" İtaliya çempionatının A liqasında qalıb, lakin yeni mövsümə mənfi 15 xalla başlayır.

"Yuventus", "Fiorentina" və "Milan" rəhbərliyinin nümayəndələrinə 1 ildən 5 ilə qədər müddətdə İtaliyanın futbol klublarında hər hansı vəzifə tutmaq qadağan olunub. Onlar həmçinin böyük cərimələr ödəməli olacaqlar.

Korrupsiya qalmaqalını araşdıran komissiyanın cümə günü açıqladığı bəyanatında göstərilib ki, klublar üç gün ərzində federal apelyasiya məhkəməsinə hökmə dair şikayət verə bilərlər. Məhkəmə isə UEFA kubokunda və Çempionlar liqasında iştiraka görə ərizələrin verilmə müddətinin bitməsinə bir gün qalmış - iyulun 24-dən gec olmayaraq, qərar çıxarmalıdır.

Xəbər lenti

Xəbər lenti