...

DAK sədrinin müavini Azərbaycana gəlib

Cəmiyyət Materials 19 İyul 2006 19:17 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrinin siyasi məsələlər üzrə müavini Eldar Qaradağlı Azərbaycandadır. Bu barədə Trend ə DAK-dan bildiriblər.

DAK rəsmisinin Bakıya səfərində məqsəd qurumun bu il dekabrın 9-11-də keçiriləcək 9-cu qurultayına hazırlıq məsələlərini müzakirə etməkdir. E.Qaradağlının səfəri çərçivəsində bir sıra dövlət rəsmiləri, siyasi partiyalar və QHT rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

DAK sədrinin müavini Azərbaycana səfərini başa vurduqdan sonra Türkiyəyə yola düşəcək. Burada isə o, DAK-ın 9-cu qurultayının təşkilatı məsələləri ilə bağlı fikir mübadiləsi aparacaq. Onu da bildirək ki, qurultay ərəfəsində DAK sədri Cavad Derəxtinin də Bakıya səfəri istisna edilmir.

Xəbər lenti

Xəbər lenti