...

2006-2010-cu illər üçün Sumqayıt ekologiyasının yaxşılaşdırılması proqramı hazırlanır

Cəmiyyət Materials 21 İyul 2006 18:45 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi şöbəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında keçirilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə" müşavirədən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirib.

Trend in Ekologiya Hazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda Sumqayıtın kimyəvi-sənaye müəssisələrinin, o cümlədən "Azəralüminiy", "Sintezkauçuk", "Orqsintez", "Səthi-fəal maddələr", "Etilen-Polietilen", "Azərboru", "Superfosfat", "Aşqarlar" zavodlarının nümayəndələri, təhsil və səhiyyə, kommunal təsərrüfat, yaşıllaşdırma və "Azərsukanal

" idarəsinin əməkdaşları iştirak edib.

Şöbə rəisi Qəzənfər Əliyev iyulun əvvəlində ölkənin ekoloji vəziyyəti üzrə keçirilmiş müşavirənin əhəmiyyətini qeyd edib və iştirakçılara Sumqayıtın cari ekoloji vəziyyəti barədə məlumat verib. Oranın vəziyyətinin sevindirici olmadığını bildirib və mövcud problemlərin mümkün həlli yolları barədə danışıb.

Tədbirin sonunda böyük müəssisə və təşkilatlarla birgə 2006-2010-cu illər üçün Sumqayıtın ekologiyasının yaxşılaşdırılması proqramının hazırlanması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti