...

Gənclər və İdman Nazirliyi "Sağlam ailə cəmiyyətin təməlidir" mövzusunda təşviqat kampaniyasının keçirilməsi planlaşdırılır

Cəmiyyət Materials 29 İyul 2006 12:26 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi tərəfindən 9-10 avqust 2006-cı il tarixdə Quba-Xaçmaz zonasına daxil olan rayonlarda "Sağlam ailə cəmiyyətin təməlidir" mövzusunda təşviqat kampaniyasının keçirilməsi planlaşdırılır. Trend xəbər verir ki, kampaniyanın keçirilməsində məqsəd prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixli 982 nömrəli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)"nın müvafiq bəndlərinin icrasını təmin etmək, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, cinayətkarlıq, narkomanlıq, QİÇS və digər neqativ meyllərə qarşı profilaktika işinin aparılmasından ibarətdir.

Tədbir çərçivəsində sağlam həyat tərzinin təbliğinə uyğun plakatlarla bəzədilmiş təşviqat avtobusunun Siyəzən, Dəvəçi, Xaçmaz, Qusar rayonlarında dayanması, təbliğat xarakterli görüşlərin keçirilməsi və Quba rayonunun mərkəzi parkında təşviqat məqsədli konsert proqramının təşkil edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti