...

Bundan belə GUAM-ın turizm üzrə ekspertləri ildə iki dəfə toplaşacaqlar

Cəmiyyət Materials 3 Avqust 2006 17:44 (UTC +04:00)

Bundan belə GUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) turizm üzrə ekspertləri ildə iki dəfə toplaşacaqlar. Ekspertlər bu təşəbbüslə bu günlərdə Batumidə keçirilmiş ekspertlərin növbəti iclasında çıxış ediblər. Bu barədə Trend ə Azərbaycanı bu iclasda təmsil etmiş Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin xarici turizm şöbəsinin müdiri Elçin Qafarlı xəbər verib.

İclasda ekspertlər təşkilat çərçivəsində, informasiya və statistik məlumat mübadiləsi sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin Təşkilatın ali orqanı - GUAM-ın xarici işlər nazirlərinin Şurasına təqdim edilmiş fəaliyyət proqramı da hazırlanıb. Şura, həmçinin görüşlərin, əvvəlki kimi, ildə bir dəfə deyil, ildə iki dəfə keçirilməsi barədə ekspertlərin qərarını təsdiq etməlidir.

Xəbər lenti

Xəbər lenti