...

"Qarabağ"ın zədə almış futbolçuları qayıdır

Cəmiyyət Materials 5 Avqust 2006 12:07 (UTC +04:00)

UEFA Kubokundan çıxmış "Qarabağ"ın zədələnmiş futbolçuları tədricən qayıdır.

Trend xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolov sadələşdirilmiş proqramla məşq keçir, Azər Məmmədov və türk yarımmüdafiəçisi Xakan Demir isə ümumi qrupa qoşulub. Ötən çempionatın ikinci turunda "Olimpik"a qarşı matçda zədələnmiş orta xətt oyunçusu İrakli Beray da komanda yoldaşlarına qoşulub. Ehtimallara görə, İrakli Beray Mübariz Orucov kimi ilk turlardan kollektivə kömək edə biləcək.

Xatırladaq ki, ağdamlılar avqustun 10-da qarşıdakı milli birinciliyin birinci matçını "Şahdağ"a qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti