Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionu Millennium Challenge Georgia Fund (MCG) prqramı üzrə maliyyələşdirilir. Trend in xüsusi müxbiri Gürcüstan hökumətinə istinadən xəbər verir ki, layihələr arasında Rustavi müalicə-diaqnostika mərkəzinin, Rustavi, Tetritskaro, Qardabani, Tsalka və Marneulidəki su kanallarının bərpası da var.
Bundan əlavə, Qaçağan, Şulaveri və Tamarisi kəndlərində, eləcə də Marneuli rayonunda 734 000 lari (360 000 dollar) və 272 000 lari (120 000 dollar) həcmində qaz kəmərləri təmir olunacaq.
Bu layihələr Sosial İnvestisiyalar Fondu tərəfindən maliyyələşdirilir.
Rayonlararası layihələrin, o cümlədən 32-37 km-lik Tbilisi-Marneuli-Ququti (2 600 000 lari, yəni. 1 250 000 dollar), Tbilisi-Qırmızı körpü yolunun 26-cı, 29-cu, 32-ci km-i (1 709 000 lari, yəni 750 000 dollar) bərpasına artıq başlanıb.
Bu proqram çərçivəsində məktəb, xəstəxana və digər müəssisələr də təmir ediləcək.