...

Qrossmeyster Teymur Rəcəbov Anandla görüşə hazırlaşır

Cəmiyyət Materials 15 Avqust 2006 17:14 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İsveçrədə sürətli şahmat (rapid) üzrə dünya çempionu adı uğrunda Vişvanatan Ananda qarşı oyuna hazırlaşır.

Trend in xəbər verdiyi kimi, Bildə beynəlxalq turnir tamamlandığına görə, idmançı bu dövlətdə qalıb və oradan Maynsdakı ənənəvi beynəlxalq festivala gedəcək. Elə həmin şəhərdə avqustun 17-də çox maraqlı görüş başlanacaq. T.Rəcəbov ötən il Almaniyada keçirilən yarışda qalib gəldiyinə görə, yüksək titul uğrunda mübarizədə iştirak etmək hüququnu qazanıb.

Qeyd etmək lazımdır ki, bir neçə il bundan əvvəl Teymur artıq Dortmundda keçirilən nüfuzlu yarışda sürətli şahmatlarda ən güclü ustalardan biri hesab olunan V.Ananda qalib gəlib.

Xəbər lenti

Xəbər lenti