...

ABU-nun qadın həndbolçuları Ukrayna və Rusiyada bir sıra sınaq göruşləri keçirəcək

Cəmiyyət Materials 24 Avqust 2006 20:01 (UTC +04:00)

Georgi Voronovun başçılıq etdiyi ABU-nun qadınlardan ibarət həndbol klubu Ukrayna və Rusiyada bir sıra sınaq göruşləri keçirəcək.

Mütəxəssisin Trend ə verdiyi xəbərə görə, əvvəlcə onun yetirmələri üç gün ərzində (avqustun 26-28-i) Ukrayna superliqasının təmsilçisi olan "Doneçanka" ilə dostluq qarşılaşmasında oynayacaq. Sonra komanda Maykopa gələcək, burada eyniadlı klubla görüşəcək və daha sonra Krasnodarda start götürən peşəkar liqanın birinci turunda iştirak edəcək.

G.Voronovun sözlərinə görə, bu yarışda Tolyattinin "Lada" klubu, Zveniqorodun "Zvezda" klubu, "Astraxanoçka", Moskvanın "Luç" klubu və bir sıra digər kollektivlər öz gücünü sınayacaq.

Qeyd etmək lazımdır ki, keçiriləcək oyunlar Kubok sahibləri kubokunda Polşanın "Zaqlembe" klubuna qarşı iki raundlu duelə hazırlıqda mühüm mərhələ olacaq.

Xəbər lenti

Xəbər lenti