...

Azərbaycanın dini təşkilatları problemləri birgə həll etmək niyyətindədir

Cəmiyyət Materials 28 Avqust 2006 15:50 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə dini qurumların problemlərinni həllində fəal əməkdaşlıq etmək niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə QMİ sədri şeyxülislam hacı Allahşükür Paşazadə avqustun 28-də Azərbaycanın dini qurumları ilə görüşdə bəyan edib. Bu görüş Dövlət Komitəsinin yeni sədri Hidayət Orucovun və ölkənin dini, ictimai-siyasi dairə nümayəndələrinin iştirakı ilə baş tutub.

"Bu gündən etibarən QMİ və Dövlət Komitəsi arasında əvvəllər mövcud olmuş ziddiyyətlər aradan qaldırılıb və biz fəal işləmək niyyətindəyik", - deyə şeyxülislam bəyan edib. QMİ başçısının sözlərinə görə, o, H.Orucovun DK sədri vəzifəsinə namizədliyini təqdir edir və onun dinlə bağlı prinsiplərini yüksək qiymətləndirir. A.Paşazadə qeyd edib ki, onlar dövlətçiliyin inkişafı sahəsində sıx əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə çıxış etmiş müxtəlif dini icma başçıları, görkəmli din xadimləri və qeyri-islam dini konfessiyaların rəhbərləri icmaların dövlət qeydiyyatına alınmasında süründürməçiliyə yol verilməsi, dini savadsızlıq, ölkəyə dini ədəbiyyatın qanunsuz gətirilməsi kimi dini gərginlik yaradan problemləri qeyd edib.

Xəbər lenti

Xəbər lenti