...

Gürcüstanın Marneuli rayonundakı yanğının qarşısı alınıb

Cəmiyyət Materials 29 Avqust 2006 14:13 (UTC +04:00)

Azərbaycanlıların yaşadığı Gürcüstanın Marneuli rayonunun Babakər dağı sahəsində başlanmış və Sadaxlı kəndinə yaxınlaşmaqda olan yanğın söndürülüb. Trend Kavkaz-Press-ə istinadən xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatorunun administrasiyasından bildirilib.

"Yanğın yaxınlıqda yerləşən kəndlərin əhalisi üçün təhlükə daşımırdı, çünki Babakər dağında istidən tez-tez yanğın baş verir və sərhədçilər, yerli yanğınsöndürənlər çobanların yardımı ilə yanğını söndürür", - deyə administrasiyada qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti