...

"Xəzər"in yarımmüdafiəçisi Kamal Quliyev "Karvan"a icarəyə verilib

Cəmiyyət Materials 30 Avqust 2006 16:55 (UTC +04:00)

"Xəzər" futbol klubu yarımmüdafiəçi Kamal Quliyevi ölkə çempionatının gümüş mükafatını almış "Karvan"a icarəyə verib.

Trend in xəbər verdiyi kimi, müqaviləyə əsasən, futbolçu UEFA Kubokunda çıxışı başa çatdırmış yevlaxlıların tərkibində ilk milli birincilik dairəsində oynayacaq. Doğrudur, ərizələrin qəbul müddətinin başa çatamasını nəzərə alsaq, hələ K. Quliyevin çempionatın birinci yarısında meydana çıxa biləcəyi məlum deyil. Təsbit olunmuş reqlamentə əsasən, futbolçu yeni komandanın tərkibində yalnız ikinci dairədə çıxışa başlaya bilər, lakin "Karvan" rəhbərliyi bu məsələni nizamlayacaqlarına ümid edir.

Qeyd etmək lazımdır ki, son günlərə qədər yığma komandanın əsas oyunçusu olan Kamal ürəyindəki problemlə bağlı Almaniyada müalicə kursu aldığına görə ötən sezonu qaçırmışdı.

Xəbər lenti

Xəbər lenti