İlin sonunda Misir hökuməti Xırdalan qəsəbəsində qaçqınlar üçün xəstəxananın inşası üçün vəsait ayıracaq. Trend in Azərbaycanın Səhiyyə Nazirliyinə istinadən xəbər verdiyi kimi, bu günlərdə səhiyyə naziri Oqtay Şirəliyev Misirin MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun baş direktoru Vahid Eldin Cəlalla görüşüb. Görüşdə tərəflər arasında xüsusilə səhiyyə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Misir və Azərbaycan arasında ikitərəfli əməkdaşlığa dair saziş 2005-ci ilin dekabrında imzalanıb.
Nazirlikdən bildirilib ki, 2006-2007-ci llər ərzində Azərbaycanda 54 tibb müəssisəsi tikiləcək, təmir olunacaq və yenidən qurulacaq. Bunlardan 44 obyektdə işlər Səhiyyə Nazirliyinin vəsaitləri hesabına həyata keçiriləcək.