...

"Yeni Fikir"çi gənclərin apellyasiya şikayətinə məhkəmə baxışı sabah davam etdiriləcək

Cəmiyyət Materials 26 Sentyabr 2006 17:20 (UTC +04:00)

Sentyabrın 26-da hakim Rəsul Səfərovun sədrliyi ilə Apellyasiya Məhkəməsində "Yeni Fikir" Gənclər Hərəkatının liderlərinin apellyasiya şikayətinə məhkəmə baxışı davam etdirilib. Bu barədə Trend ə "Yeni Fikir" təşkilatından məlumat verilib.

Məhkəmə prosesində vəkil Osman Kazımov şahid qismində AXCP sədri Əli Kərimlinin və onun müavini Fuad Mustafayevin dindirilməsi ilə bağlı vəsatət qaldırıb. İttiham olunan şəxs - "Yeni Fikir" təşkilatının sədri Ruslan Bəşirli isə bu qurumun həqiqi üzvlərinin məhkəməyə dəvət olunaraq dindirilməsini xahiş edib.

Məhkəmə kollegiyası qısa müşavirədən sonra vəsatətləri təmin etməyib. Növbəti məhkəmə prosesi sentyabrın 27-də saat 10.30-da keçiriləcək. Sabahkı prosesdə dövlət ittihamçısının və vəkillərin çıxış edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti