"Biz Rimas Kurtinaytisi baş məşqçi vəzifəsinə dəvət etmişik və buna heç də peşman deyiləm". Bunu "Ural-Qreyt" klubunun Şura sədri Andrey Aqişev Azərbaycan yığması məşqçisinin permlilərin müəllimi postuna təyinini şərh edərkən bildirib.
Trend in kollektivin rəsmi saytına istinadən xəbər verdiyi kimi, A. Aqişev qeyd edib ki, litvalı fəlsəfəsi bir insan kimi ona yaxındır, üstəlik, R.Kurtinaytis komandasının qalibiyyətə iradəsi ilə hər şey öz qaydasındadır. "Komanda ruhu. Keçən mövsüm bu barədə tez-tez danışılırdı. Əslində isə, "Ural-Qreyt" iki hissəyə - ruslara və ligionerlərə bölünmüşdü. Onlar praktiki olaraq bir-birləri ilə danışmırdılar. Əcnəbi məşqçi isə belə bir vəziyyətdə heç nə edə bilmirdi. Dil baryeri maneçilik edirdi. Hesab edirəm ki, eyni zamanda, həm rus, həm də ingilis dillərində yaxşı danışa bilən R.Kurtinaytis hazırki vəziyyətdə üstünlük təşkil edir", - deyə A. Aqişev vurğulayıb.