...

Nazim İbrahimov macarıstanlı jurnalisti qəbul edib

Cəmiyyət Materials 4 Oktyabr 2006 19:06 (UTC +04:00)

Oktyabrın 4-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da macarıstanlı jurnalist Ferens Kepeçi qəbul edib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Macarıstanın "Nepsava" qəzetinin müxbiri Ferens Kepeçin Azərbaycana səfərdədir. Azərbaycan həqiqətlərinin macar ictimaiyyətinə çatdırılması məqsədilə təşkil edilən səfər çərçivəsində qonaq ölkənin bir sıra rəsmi şəxsləri ilə görüş keçirib, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə olub.

Nazim İbrahimovla görüşdə macar jurnalist Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini və bunu öz gözlərilə görməkdən məmnuluq duyduğunu diqqətə çatdırıb. Ferens Kepeç həmçinin Azərbaycan haqqında əvvəllər məlumatının az olduğunu, lakin bu səfəri ölkəmizlə bağlı təsəvvürlərinin dəyişməsinə səbəb olduğunu qeyd edib. Ferens Kepeç onu da deyib ki, məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciklərinə səfərləri zamanı bu insanların nə qədər ağır vəziyyətdə yaşadığını öz gözləri ilə görüb. Macarıstanlı jurnalist Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcəyinə inandığını ifadə edib.

N.İbrahimov qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin dostluq və əməkdaşlıq mahiyyəti daşıdığını qeyd edib.

Görüşdə Azərbaycanın turizm imkanlarından, tarixindən, mədəniyyətindən, mətbəxindən bəhs edən kitablar qonağa təqdim olunub.

Xəbər lenti

Xəbər lenti