...

"Gənclərbirliyi" futbol klubunda məşqçi dəyişikliyi baş verib

Cəmiyyət Materials 6 Oktyabr 2006 15:37 (UTC +04:00)

Avro-2008-in seçmə oyunları ilə əlaqədar fasilə götürmüş Azərbaycan futbol çempionatında ilk məşqçi istefası baş verib.

Trend in xəbər verdiyi kimi, "Gənclərbirliyi" klubunun məşqçisi Əfqan Talıbov bu vəzifini tərk edib. Yeni məşqçi onun yaxın köməkçisi Xəyyam Bəkirov təyin olunub. Bu təyinat komandanın iclasında baş verib. Ancaq o da istisna olunmur ki, X.Bəkirov kolektivə müvəqqəti rəhbərlik edəcək. Hər halda "Gənclərbirliyi"nin rəhbərliyi işə daha təcrübəli yerli mütəxəssis və ya xaricdən məşqçi cəlb etmək niyyətindədir.

Qeyd etmək lazımdır ki, "Gənclərbirliyi" mövsümə uğursuz başlayıb və cari birinciliyin 7 turundan sonra turnir cədvəlində axırdan ikinci yerdədir.

Xəbər lenti

Xəbər lenti