...

Azərbaycanın sambo yığması dünya birinciliyinə hazırlaşır

Cəmiyyət Materials 11 Oktyabr 2006 15:29 (UTC +04:00)

Azərbaycanın sambo yığması oktyabrın 13-də Moskvada start veriləcək yeniyetmələr və gənclər arasında dünya birinciliyində iştirak edəcək.

Komandanın baş məşqçisi Mübariz İbrahimovun Trend ə verdiyi məlumata görə, yeniyetmələr arasında öz güclərini Əfqan Abdullayev (48 kq), Vüqar Məmmədov (52 kq), Yaşar Abbasov (60 kq), Emil Həsənov (65 kq), Samir Kərimov (70 kq), Mirələm Ağamirov (75 kq), Romal Əliyev (81 kq) və Həbib Əliyev (87 kq) sınayacaq. Gənclər arasında isə xalça üzərinə Cavidan Qarayev (48 kq), Pərviz Həsənov (52 kq), Elşən Məmmədov (57 kq), Araz Muxtarov (74 kq), Yasin Həsənov (90 kq), Rafael Şahverdiyev (100 kq) və Zamiq Kazımov (+100 kq) çıxacaq.

Bundan başqa, yarışda iki azərbaycanlı arbitr - Cabir İsmayılov və Yaqub Abdullayev hakimlik edəcək.

Xəbər lenti

Xəbər lenti