...

IAEA nümayəndəsi Bakıda 33-cü konfransa hazırlıqla tanış olur

Cəmiyyət Materials 11 Oktyabr 2006 16:26 (UTC +04:00)

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA - International Association for Educational Assessment) maliyyə məsələləri üzrə direktoru Jan Veyqersin Bakıya səfəri başlayıb. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

İAEA təşkilatının nümayəndəsinin ölkəyə üçgünlük səfərində məqsəd təşkilatın 2007-ci ildə Bakıda TQDK tərəfindən təşkil olunacaq 33-cü konfransına hazırlıqa tanış olmaq və keçirilməsi mümkün olan tədbirlər haqqında fikir mübadiləsi aparmaqdan ibarətdir.

International Association for Educational Assessment (İAEA) 1974-cü ildə Amerikanın Nyu-Cersi şəhərində təhsil məsələlərinə həsr olunmuş görüşdə yaradılıb. Təşkilatın məqsədi testlərin araşdırılması, təhsil qiymətlərinin təkmilləşdirilməsi, testləşdirmənin təşkili və qiymətləndirilməsi və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatları bir yerə toplamaqdan, bu sahələrdə araşdırmalar apararaq, yeni nailiyyətlər əldə etməkdən ibarətdir.

Yaradıldığı vaxtdan bəri Assosiasiya müxtəlif ölkələrdə illik konfranslar keçirir. Azərbaycan bu təşkilata 1999-cu ildə daxil olub (MDB və Şərqi Avropa ölkələri arasında birinci) və o vaxtdan bəri təşkilatın bütün illik konfranslarında iştirak edir. Konfransın 2007-ci ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti