Son vaxtlar Araz çayı sahilində və İranda çöl quşlarının ölməsi barədə məlumatlar yayılır. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu məlumatları təkzib edir.
Trend in dövlət orqanının rəsmi məlumatına istinadən xəbər verdiyi kimi, Azərbaycan və İran sərhəd ölkələrdir və belə bir hadisənin baş verməsi diqqətdən kənarda qala bilməzdi. Bütün sərhəd ərazisi həm sərhəd mühafizəçilərinin, həm də yerli baytarlıq xidməti orqanlarının nəzarəti altındadır.
Bu ərazidə hətta quşların miqrasiyası belə başlamayıb və bu günədək quşların ölüm faktları müşahidə olunmayıb", - deyə məlumatda qeyd olunur.