...

Hacı Məmmədovun məhkəməsində DİN-in keçmiş şöbə rəisi Kamil Sədrəddinov vəkillərin suallarını cavablandırıb

Cəmiyyət Materials 12 Oktyabr 2006 13:55 (UTC +04:00)

Oktyabrın 12-də Hacı Məmmədovun məhkəməsində Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin Əmlak Cinayətlərinə Qarşı Mübarizə şöbəsinin keçmiş rəisi, təqsirləndirilən şəxs Kamil Sədrəddinov vəkillərin suallarını cavablandırıb. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Vəkillər K.Sədrəddinova Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanmasından əvvəl Hacı Məmmədovla görüşüb bu barədə söhbət etmələri ilə bağlı sual verərkən təqsirləndirilən şəxs həmin faktı təkzib edib. Bildirib ki, belə bir görüş Hacı Məmmədovla Zakir Nəsirov arasında olub.
Sonra K.Sədrəddinov müttəhimlər kürsüsündə oturmasının səbəblərini məhkəməyə izah edib.

Daha sonra prokuror Abdulla Yusifov Hacı Məmmədova bəzi suallar verib. Hacı Məmmədov sualları cavablandırıb.

Məhkəmə iclası K.Sədrəddinovun dindirilməsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti