...

Azərbaycanda insan alverçiləri həbs edilib

Cəmiyyət Materials 27 Oktyabr 2006 16:12 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mubarizə İdarəsi tərkibində fəaaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları insan alverçilərini həbs ediblər. Bu barədə Trend ə İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən məlumat verilib.

İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Xatəmə Ağayeva qazanc məqsədilə bir neçə azərbaycanlı qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyub. Bu əməlinə görə X.Ağayeva həbs edilib.

Əlibayramlı Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdilkləri əməliyyat tədbirləri nəticəsində isə müəyyən edilib ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Sədaqət Babayeva 3 azərbaycanlı qadını Türkiyəyə apararaq orada əri Uğur və oğlu Rasimlə birlikdə qazanc əldə etmək məqsədilə onları cinsi istismara məruz qoyub.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti