Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov FİDE-nin İsveçrə sistemi üzrə Komissiyasının üzvü Eduard Dubovun ənənəvi reytinqində 10 ən yaxşı şaxmatçılar sırasında yer alıb.
Trend in xəbər verdiyi kimi, Hollandiyada beynəlxalq turnirdə gənclər arasında ikiqat dünya çempionuna qalib gəlməsi ona ranqlar cədvəlində 9-cu yerə qalxmağa köməklik edib. Bu zaman Şəhriyar erməni Levon Aronyanı, İngilətərədən olan Maykl Adamsı, macarıstanlı Yudit Polqarı, İsraildən olan Boris Gelfandı və bir çox məşhur qrossmeystrləri geridə qoyub.
Eyni zamanda, həmin günlərdə Fransada beynəlxalq yarışda çıxış edən T. Rəcəbov reytinqdə 14-cü mövqedə qərarlaşıb.