Noyabrın 15-də bir qrup jurnalist Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında icazəsiz piket keçiməyə cəhd göstərib. Trend in məlumatına görə, polis əməkdaşları jurnalistlərin Dövlət Komitəsi qarşısında toplaşmasına və piket keçirmələrinə imkan verməyib.
Polislər piketçiləri Dövlət Komitəsinin yaxınlığında toplaşdıqları parkdan uzaqlaşdırıblar. Bundan sonra jurnalistlər 28 May küçəsi boyunca yürüş ediblər. Lakin buna polislər tərəfindən müdaxilə edilməyib. Dövlət Komitəsinin qarşısında da piket dağıdılarkən saxlanılanlar olmayıb. Polislər həmçinin piketin qətnaməsinin oxunmasına da imkan verməyiblər.
Xatırladaq ki, "Azadlıq" qəzeti və digər bir neçə media qurumu yerləşdikləri qərargahdan çıxarılmaları barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarına etiraz edirlər.