...

Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Yyad Medeni Bakıya gəlir

Cəmiyyət Materials 11 Dekabr 2006 16:52 (UTC +04:00)

Bu gün Səudiyyə Ərəbistaınının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndə heyəti nazir Yyad Medeninin başçılığı altında Bakıya gəlir. Nümayəndə heyəti 7 nəfərdən ibarətdir.

Azərbaycan Mədəniyyət Nazirliyindən Trend ə verilən məlumatda deyilir ki, qonaqlar Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin dəvəti ilə təşrif buyururlar.

Qonaqlar Şirvanşahlar Sarayında, Qız qalasında, Xalçaçılıq muzeyində, Milli Kitabxanada, S.Bəhlulzadə adına sərgi salonunda keçiriləcək Rəssamlar İttifaqının 65 illik yubileyinə həsr olunmuş sərgidə, Azərbaycan Dövlət Filarmoniyasında və Opera və Balet Teatrında olacaqlar.

Bundan başqa, Yyada Medeninin Azərbaycan Dövlət Televiziyasının və "Azərtac" agentliyinin rəhbərliyi ilə görüşü də gözlənilir. Azərbaycanın zəngin mədəniyyət və tarixi ilə tanışlıq məqsədilə onların ölkənin rayonlarına səfəri də gözlənilir.

Səudiyyə Ərəbistanı nümayəndə heyətinin səfəri dekabrın 17-nə qədər sürəcək.

Xəbər lenti

Xəbər lenti