...

Azərbaycan kürəkçiləri olimpiyaya lisenziya almaq uğrunda mübarizə aparmağı planlaşdırır

Cəmiyyət Materials 11 Dekabr 2006 17:31 (UTC +04:00)

Azərbaycan kürəkçilik proqramında Olimpiya lisenziyası qazanmaq uğrunda mübarizəyə qşatılmaq niyyətindədir.

Baydarka və kanoedə kürəkçilik milli federasiyasının yeni seçilmiş prezidenti Elçin Zeynalovun Trend ə verdiyi xəbərə görə, bu tapşırıq gələn il üçün prioritet məsələlərdən biridir. Mingəçevirdə 2008-ci ildə istifadəyə veriləcək bazanın tikilməsi idmançıların bu və ya digər beynəlxalq yarışlara hazırlığını yüngülləşdirə bilər. "Təbii ki, biz əli-qolu bağlı oturub kompleksin tikilib başa çatmasını gözləmək niyyətində deyilik, üstəlik gələn il dünya çempionatı keçirilir ki, biz orada iştirak etmək istəyirik. Olimpiadaya düşmək məsələsi gündəlikdən silinməyib. Biz var qüvvəmizlə buna çalışacağıq" - deyə E. Zeynalov bildirib.

Xəbər lenti

Xəbər lenti