...

"Bakı" futbol klubu gürcü yarımmmüdafiəçisi ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 11 Dekabr 2006 20:53 (UTC +04:00)

"Bakı" futbol klubu noyabrın əvvəlində komandada olan gürcü yarımmüdafiəçi Amiran Mudjiri ilə müqavilə bağlayıb.

Trend ə verdiyi xəbərə görə, oyunçu ilə altı aylığa müddəti uzada bilmək şərtilə müqavilə bağlanıb. Futbolçu klubun baş məşqçisi Böyükağa Hacıyevin diqqətini hələ noyabr baxışlarında cəlb edib. Həm də "Bakı" qış fasiləsinə rəğmən, A.Midjirini yalnız indi heyətə götürə bilərdi. Gürcü legioneri üçün "Bakı"nın heyətində ilk rəsmi yarışın ənənəvi Yanvar Əməkdaşlıq Kuboku ola bilər ki, buna indi hazırlıqlar gedir. Qeyd etmək lazımdır ki, əvvələr A. Mudjiri kutaisinin "Torpedo", Batuminin "Dinamo", Tiflisin "Dinamo", İsrailin "Apoel" və "Makkabi", Sofiyanın MOİK və Hollandiyanın məhşur "Eyndxoven" klubraında çıxış edib.

Xəbər lenti

Xəbər lenti