...

Teymur Rəcəbov Veyk-An-Zeyedəki turnirdə üçüncü dəfə qələbə çalıb

Cəmiyyət Materials 17 Yanvar 2007 14:10 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedəki superturnirdə üçüncü dəfə qələbə qazanıb.

Trend xəbər verir ki, dördüncü turda taxta sahibi Sergey Tivyakova qarşı ağ fiqurlarla oyun kifayət qədər gərgin keçib, lakin Teymur rəqibi sıxaraq, növbəti xalını qazana bilib. Qələbə onun yarışın təkbaşına lideri dərəcəsində möhkəmlənməsinə yardım edib, ikinci yerdə isə 0,5 xal fərqi ilə bolqar Veselin Topalovdur.

Maraqlıdır ki, T.Rəcəbovun birinci turda Lyuk Van Veliyə qalib gəldiyini nəzərə alaraq, o, turnirdə Hollandiya nümayəndələri üzərində artıq ikinci dəfə qələbə qazanıb. Startın autsayderi isə ispan Aleksey Şirovdur, o, hələ cəmi 0,5 xal toplayıb.

Xəbər lenti

Xəbər lenti