...

Nazir müavini: Azərbaycan Gənclər və İdman Nazirliyi geniş proqram həyata keçirəcək

Cəmiyyət Materials 23 Yanvar 2007 15:20 (UTC +04:00)

Azərbaycan Gənclər və İdman Nazirliyi bu il atletlərin lisenziyalı yarışlara hazırlığına dair geniş proqram həyata keçirəcək.

Nazir müavini İsmayıl İsmayılovun Trend ə bildirdiyinə görə, bu layihə yalnız respbulika daxilində deyil, onun hüdudlarından kənarda da həyata keəçiriləcək.

İ.İsmayılov bildirib: "Məsələn, əgər döyüş üzrə yığmanın məşqçisi hesab etsə ki, komandanın bu növün daha yaxşı inkişaf ediyi Bolqarıstanda təlim məşq toplantısı keçməsi məqsədəuyğundur, yığma mütləq ora gdəcək. Eyni hal boks, ağır atletika, cüdo, taekvando və bir çox digər idman növlərinə aiddir. Digər tərəfdən sevindirici haldır ki, hər bir Federasiyanın nəzdində xüsusi komplekslər yaradılır ki, idmançılar burada yalnız uğurla məşq etməyəcək, həm də təlim-məşq toplantıları zamanı yaşaya biləcəklər".

Xəbər lenti

Xəbər lenti