...

Azərbaycanda vəfat etmiş xəstənin analiz nümunələri təkrar yoxlama üçün Londondakı ÜST laboratoriyasına göndəriləcək

Cəmiyyət Materials 29 Yanvar 2007 15:06 (UTC +04:00)

Dünən xəstəxanaya yerləşdirilməsinə və müalicə olunmasına baxmayaraq, Ağciyər xəstəlikləri ETİ-də Azərbaycanın Salyan rayonu Dayıkənd kəndinin sakini vəfat edib. Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin başçısı Anar Qədirlinin Trend ə verilən məlumata görə, o, bronxopnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Xəstənin diaqnozunun dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə yanvarın 25-də saat 19.30-da Azərbaycanda PZR laboratoriyalarında aparılmış laborator yoxlamaları "quş qripi"nə olan şübhələri doğrultmadı.

"Biz ölkənin 3 müxtəlif laboratoriyalarında xəstədən götürülmüş analiz nümunələrini araşdırdıq, bütün hallarda bizim şübhələr təsdiq olunmadı. Lakin buna baxmayaraq, göstəricilərin təsdiq olunması üçün nümunələr təkrar yoxlama üçün Londonda ÜST-nin PZR laboratoriyasına göndəriləcək. Bizim bir həftə ərzində laboratoriyanın nəticələrini əldə edəcəyimizi güman edirəm", - deyə mətbuat xidmətinin başçısı qeyd edib.

Çöl quşlarının mövsumi miqrasiyasını nəzərə alaraq və profilaktik tədbirlərin gücləndirilməsi üçün Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi əhaliyə quşlarla sıx əlaqədən qaçmağı, ev quşlarını çöl quşlarından ayrı saxlamağı, quş tələfatı müşahidə edərkən yerli baytarlıq xidməti orqanlarına məlumat vermək, çöl quşlarını ovlamamaq və onlardan istifadə etməmək, kataral əlamətləri olan 38 dərəcədən çox temperatur olarkən dərhal tibb müəssisəsinə müraciət etməyi, şəxsi gigiyena qaydalarına riayət etməyi tövsiyyə edir.

Qaynar xətt telefonları - Səhiyyə Nazirliyi: 421-13-93

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidməti: 563-41-57

Xəbər lenti

Xəbər lenti