"İndi gələcək superturnirlərdə Teymur Rəcəbovun yeri favoritlər sırasındadır". Rusiyanın tanınmış qrossmeysteri Aleksandr Xalifman bu yaxınlarda Veyk-An-Zeyedəki yarışda qalib gəlmiş azərbaycanlı şahmatçının irəliləməsi haqqında belə deyib.
Trend in chesspro.ru saytına istinadən verdiyi xəbərə görə, idmançı güman edib ki, Teymur Levon Aronyana məğlub olduqdan dərhal sonra təcili şəkildə qara fiqurlarla Maqnus Karlsenə qarşı oynamaması ilə düzgün hərəkət edib. "Sonra isə öz vaxtını gözləyib. Teymurun bu turnirdəki statistikası yaxşı təsir bağışlayır. Superturnirlərdə belə nəticənin olduğu yadıma gəlmir. Qədim Hindistan filinin üzərində Teymur birinci yerə çıxdı" , - deyə T.Rəcəbovun bir sıra partiyalarda istifadə etdiyi qədim Hindistan mühafizəsini nəzərdə tutan A.Xalifman belə qeyd edib.