...

Keçmiş səhiyyə naziri Əli İnsanov müxalifətə keçdiyini bəyan etdi

Cəmiyyət Materials 28 Fevral 2007 14:54 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Fevralın 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanov sərbəst ifadə verməyə başlayıb. Əli İnsanov ibtidai istintaq tərəfindən irəli sürülmüş bütün itihamları rədd edib və özünü təqsirli bilməyib. Ə.İnsanov ifadə verməyə başlayarkən ilk bəyanatı "Artıq bu gündən müxalifətə keçirəm. Bundan sonra görəcəklər ki, müxalifət necə olur" sözləri olub. Sonra Ə.İnsanov səhiyyə sisteminə başçılıq etdiyi vaxt həyata keçirilmiş özəlləşdirmə, vergi ödəmələri barədə danışıb: "Səhiyyə sistemindəki özəlləşdirmə və pullu sistemə keçilməsi zərurətdən irəli gəlirdi. Bu zərurəti isə yaradan səhiyyə işçilərinin məvacibinin həddən artıq aşağı olması idi. O ki qaldı tibb məktəblərinin də pullu olmasına, bu, həmin məktəblərin boş qalmasından irəli gəlirdi. Mənə qarşı irəli sürülən vergidən yayınma ilə bağlı ittiham da əsassızdır. Ona görə ki, mən səhiyyə naziri işlədiyim dövr ərzində dövlət büdcəsinə şəxsi gəlirimdən 80 min ABŞ dollarından artıq vergi ödəmişəm"-deyə Ə.İnsanov bildirib.

Qeyd edək ki, Ə.İnsanov vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vergidən yayınma cinayətlərində ittiham olunur. Onunla bərabər 10 nəfər də ittiham olunur, lakin onlar zamindədirlər. Məhkəmə iclası bu gün fasilədən sonra davam edəcək.

Xəbər lenti

Xəbər lenti