...

Rusiyanın Arxanqelsk vilayətində "Azərbaycan günləri" keçiriləcək

Cəmiyyət Materials 12 Mart 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiya Federasiyasının Arxanqelsk vilayətində "Azərbaycan günləri" və bu çərçivədə bir sıra tədbirlər keçiriləcək. Bu barədə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluğun və Arxanqelsk vilayəti administrasiyasının birgə təşkilatçılığı ilə martın 27-28-də Arxanqelsk və Severodvinsk şəhərlərində Novruz bayramı şənlikləri keçiriləcək. Tədbir çərçivəsində Arxanqelsk və Severodvinsk şəhərlərinin konsert zallarında Azərbaycan musiqi irsinin nümayiş etdirilməsi - muğam üçlüyünün, milli rəqslərin, vokal, Azərbaycan klassik və müasir musiqilərinin ifası nəzərdə tutulub. Həmçinin tədbir zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film və "Müasir Azərbaycan" adlı fotosərgi nümayiş etdiriləcək.

Proqram çərçivəsində Arxanqelsk şəhərinin milli kitabxanasında "Azərbaycan kitabları" bölməsi açılacaq. Bundan başqa, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğu ilə Arxanqelsk Milli Kitabxanası arasında əməkdaşlığa dair saziş bağlanılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti