...

Rusiyada azərbaycanlılara hüquqi yardım məqsədilə yaradılmış qərargahlar ləğv edilir

Cəmiyyət Materials 15 Mart 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyada azərbaycanlıların qeydiyyat problemlərinin həllinə yardım məqsədilə yaradılmış operativ qərargahlar artıq apreldə ləğv ediləcək. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İzrə Dövlət Komitəsinin Rusiya üzrə şöbə müdiri Şakir Səlimov məlumat verib.

Onun sözlərinə görə, hazırda Rusiyada yaşayan azərbaycanlıların qeydiyyata düşmə ilə bağlı ciddi problemləri yoxdur. Ona görə də əgər yaxın aylaradək miqrasiya sahəsində heç bir yeni problem yaranmasa, Moskvada və Rusiyanın ayrı-ayrı vilayətlərində qərargahların fəaliyyətinə artıq ehtiyac qalmayacaq və ştablarda açılmış "qaynar xətt"lər ləğv olunacaq: "Amma istənilən halda Rusiyada yaşayan soydaşlarımıza hüquqi yardımlar ediləcək. Çünki operativ qərargahlar diaspor təşkilatlarının ofislərində yaradılıb. Qərargahlar fəaliyyət göstərməsə də, bütün diaspor təşkilatlarımızın ofisləri həmişə açıqdır və fəaliyyətləri də davam edir"-deyə Komitə rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti