...

Monitorinq: İstehsalatda baş vermiş 54 ölüm faktından 9-u barədə cinayət işi açılıb

Cəmiyyət Materials 16 Mart 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanda orta və kiçik sahibkarlıqla məşğul olan özəl strukturlarda əmək qanunvericiliyinin tələbləri pozulur. Bu barədə Əmək Hüquqlarının müdafiəsi Liqasının sədri Sahib Məmmədov keçirdiyi mətbuat konfransında məlumat verib. Özəl sektordan fəqli olaraq dövlət müəssisələrində əmək qanunvericiliyinin tələbləri tətbiq olunur.

Ötən il liqanın keçirdiyi monitorinq zamanı Azərbaycanda əməyin mühafizəsi sahəsində ciddi problemlərin olduğu müəyyən edilib. Məmmədov bildirib ki, istehsalatda baş verən ölüm faktları əksər vaxtlarda açıqlanmır və bu hadisələrə görə cavabdeh şəxslər məsuliyyətdən yayınırlar. 2005-də qeydə alınmış 54 ölüm faktından 9-u üzrə istintaq aparılıb. Həmin işlərdən 5-nə xitam verilib, 4-ü barədə məhkəmənin çıxardığı cəza isə həddən artıq yüngül olub.

Monitorinq zamanı 200 respondent arasında əmək müqavilələrinin bağlanıb-bağlanmaması barədə rəy sorgusu aparılıb. Rəyi soruşulanların 42 faizi işçi müqaviləsi imzalamadığını, 9 faizi əmək müqaviləsinin bağlanmasına ehtiyac olmadığını deyib. Respondentlərin 82 fazi əmək müqaviləsi bağlayarkən, onun şərtlərini müzakirə etmədiklərini,12 faizi isə əmək müqaviləsində müəyyən dəyişikliklər etməyə cəhd göstərdiklərinə baxmayaraq, onun uğursuzluqla nəticələndiyini deyib, 6 faiz respondent müqavilədə dəyişiklliyə nail olub.

Xəbər lenti

Xəbər lenti