...

Nazir: "Yaxın illərdə Azərbaycana gələcək turistlərin sayının üç milyona çatdırılması planlaşdırılır"

Cəmiyyət Materials 2 Aprel 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Yaxın illərdə Azərbaycana turist səfərlərinin üç milyon nəfərə çatdırılması planlaşdırılır. Bu barədə bazar ertəsi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, nazirlik ötən ilə dair açıqlamalarında turist səfərlərinin bir milyona qədər olacağını proqnoz vermişdi. Qarayev bu proqnozun tam olaraq özünü doğrultmadığını, lakin buna yaxın rəqəm əldə olunduğunu deyib: "Növbəti dörd-beş il ərzində dövlət proqramı gerçəkləşərdirilərkən Azərbaycana 3 milyondan çox turist səfərləri olacaq. Amma bu, təkcə bizdən asılı olan məsələ deyil. Burada təhlükəsizlik, bölgədəki geopolitik məsələlər də rol oynayır"-deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, dövlətin məqsədi təkcə xaricdən gələn turistlər üçün deyil, həm də Azərbaycanın öz vətəndaşları üçün yüksək turist xidmətləri yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti