...

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya dəvət olunub

Cəmiyyət Materials 5 Aprel 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/Dünya şöhrətli azərbaycanlı alim, akademik Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun 50 illik yubileyi ilə əlaqədar keçiriləcək tədirlərdə iştirak etmək üçün Bakıya dəvət olunub. Bu barədə Kibernetika İnstitutunun direktoru, Lütfi Zadə adına Beynəlxalq Akademiyanın prezidenti akademik Telman Əliyev məlumat verib.

O bildirib ki, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti ABŞ-da səfərdə olarkən San-Fransisko şəhərində Lütfi Zadə ilə görüş keçiriblər.

Telman Əliyev görkəmli alimlə görüşdə Kibernetika İnstitutunun fəaliyyəti, yeni nailiyyətləri, həmçinin Lütfi Zadə adına Akademiyanın işləri barədə məlumat verib. T.Əliyev Kibernetika İnstitutunun 50 illik yubileyinin keçiriləcəyini Lütfi Zadənin diqqətinə çatdırıb və yubileyə onu da dəvət edib. Əliyevin sözlərinə görə, Lütfi Zadə yubiley tədbirində iştirak etmək istədiyini deyib və razılıq verib.

Əliyev Kibernetika İnstitutunun yubileyinin vaxtının hələ müəyyən edilmədiyini deyib.

Xəbər lenti

Xəbər lenti