...

Azərbaycanın cüdo üzrə yığması Avropa çempionatında 12-ci yerdə gedir

Cəmiyyət Materials 7 Aprel 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycanın cüdo üzrə yığması Belqradda keçirilən Avropa çempionatının ilk gününün yekununda 12-ci yeri tutur. Bu rəqəm ona bir bürünc mükafat qazandırıb. Ağayar Axundzadənin 57 kq dərəcəyədək olan tələbəsi Kifayət Qasımova üçüncü yerə çıxmaqla Polşa, İsrail, Belçika və Sloveniyanı qabaqlayıb. Ancaq komandanın iki "bürünc"ü ola bilərdi. Lakin təsəlliverici finalda gənclər arasında dünya birinciliyinin və Parisdə keçirilən dünya Superkubokunun qalibi Nicat Şıxəlizadə İsraildən olan Qall Ekutelə güzəştə gedib.

Komandada mükafatların sayına görə liderliyi Gürcüstan və İspaniya edir. Onların hesabında bir qızıl və bir bürünc medal var. Bu düzümdə sonrakı yerləri isə Portuqaliya, Rumıniya və Rusiya tutur.

Xəbər lenti

Xəbər lenti