...

Mətbuat Şurası Azərbaycan prezidentinə müraciət ünvanlayıb

Cəmiyyət Materials 10 Aprel 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Mətbuat Şurası Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Bu barədə çərşənbə axşamı Mətbuat Şurasından məlumat verilib.

Müraciətdə Azərbaycanda müstəqillik illərində medianın hüquqi bazasının yaradılması, maddi-texniki problemlərinin həlli sahəsində bir sıra işlər görüldüyü vurğulanır, eyni zamanda bəzi vacib problemlərin hələ də qaldığı qeyd olunur.

Kütləvi İnformasiya Vasitələrinin (KİV) maddi sıxıntısı kimi problemlərin həlli dövlətin yardımı olmadan mümkün deyil.

Mətbuat Şurasının son qurultayında mətbuatın inkişafı ilə bağlı sənəd hazırlanması və dövlət başçısına ünvanlanması qərara alınıb. Bu sənəddə KİV-lərə göstərilə bilən dəstək formaları, büdcədən maliyyələşmə, tarif və vergi tənzimlənməsi, texniki və təşkilati dəstək, onların tənzimlənmə prinsipləri və digər məsələlər əksini tapıb. 10 maddədən ibarət olan "Mətbuatın inkişafı ilə bağlı Azərbaycan Respublikasının Qanunu" adlı sənəd layihəsi dövlət başçısına göndərilib.

Xəbər lenti

Xəbər lenti