...

Bu gün konservatoriyada iki konsert olacaq

Cəmiyyət Materials 8 May 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, may 8 /müx.Trendlife Eldar Hüseynzadə/Bakı Musiqi Akademiyasının böyük zalında bu gün iki konsert olacaq. Trendlife-ın verdiyi məlumata görə, birinci konserti akademiyanın nəzdindəki məktəb-studiyası keçirəcək. Azərbaycan əməkdar artisti Ziya Bağırov və xormeystr Natəvan Fərzəliyevanın müşayiəti ilə xor və orkestr çıxış edəcək. Konsert saat 15:00 -da başlayacaq.

İkinci konsert isə xalq artisti Bəndurə Mehtəliyevanın yaradıcılığına həsr olunacaq. Skripkada 9-cu sinif şagirdi Mustafa Mehmandarov ifa edəcək, onu fortepianoda Səbinə Aslanova müşayiət edəcək. Gecədə Bax, Mosart və Niyazinin əsərləri ifa ediləcək.

Xəbər lenti

Xəbər lenti