...

Ermənilər tərəfindən yaralanmış Ağəli Alışov Moskva xəstəxanasından evə buraxılıb

Cəmiyyət Materials 11 May 2007 19:05 (UTC +04:00)

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Bir neçə gün əvvəl Moskvada Ermənistan və Azərbaycan gəncləri arasında baş vermiş toqquşma nəticəsində güllə yarası almış Ağəli Alışov cümə günü Moskvanın 64 saylı klinik xəstəxanasından evə yazılıb. Bu barədə bu gün Azərbaycan Gənclərinin Koordinasiya Şurasının (AGKŞ) rəhbəri Səyavuş Məmmədov məlumat verib.

Azərbacyanlılar və ermənilər arasında Moskva toqquşması mayın 1-də Rusiyanın Xalqlar Dostluğu Universiteti ərazisində baş verib. Universitetdə "Cənub-Qərb Planeti" adı altında tədbirlər keçirilib. Tədbirdə tələbələr və müxtəlif ölkələrdən olan qonaqlar iştirak edib. Toqquşma ermənilərin Azərbaycanın ərazisi olan, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağın bayrağını qaldırmasından sonra başlayıb. Toqquşmada təxminən 100 nəfər iştirak edib. Hadisənin qarşısını yalnız çoxsaylı polis və OMON əməkdaşlarının müdaxiləsi nəticəsində almaq mümkün olub. Toqquşma nəticəsində dörd azərbaycanlı müxtəlif növ yaralar alıb. Onların arasında ən ağır yara alan - qarın nahiyəsinə güllə dəyən Ağəli Alışov olub. Daha sonra o, əməliyyat olunub.

Məmmədov bildirib ki, Ağəli Alışov özünü normal hiss edir, lakin axsayır, belə ki, əməliyyatdan sonra adaptasiya olunmaq çətindir. AGKŞ-nin lideri həkimlərə istinadən həmçinin məlumat verib ki, Alışov üç-dörd ay ərzində peşəkar idmançı karyerasını dayandırmalı olacaq. Bundan sonra o, tədricən idmana qayıda biləcək.

Ağəli Alışovun yaralanması ilə bağlı Moskvanın hüquq-mühafizə orqanları tərəfindən RF-nin CM-in 213-cü maddəsinə əsasən (silah istifadə etməklə dələduz basqın), cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti