...

ATƏT nümayəndəsi Azərbaycanda jurnalistlərin həbsini qınayır

Cəmiyyət Materials 17 May 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/Azərbaycan jurnalistlərin amansız təqibi ilə ATƏT-in əsas prinsipi - jurnalistikanın təhlükəsizliyini məhv edir. Bunu cümə axşamı ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bəyan edib. Bu barədə ATƏT-in məlumatında xəbər verilir.

Haraştinin sözlərinə görə, o, Azərbaycanda daha iki jurnalistin böhtana görə həbs olunması xəbərindən şoka düşüb.

Mayın 16-da Yasamal Rayon Məhkəməsi "Müxalifət" qəzetinin redaktoru Rövşən Kəbirli və müxbir Yaşar Ağazadəni müvafiq olaraq iki və il yarım müddətinə həbsə məhkum edib. Jurnalistlər millət vəkili Cəlal Əliyevə böhtan atmaqda təqsirləndirilirdi. ATƏT nümayəndəsi bildirir ki, Azərbaycan ATƏT regionunda jurnalistika üçün daha çox təhlükəlidir. "Hətta 2005-ci ildə prezidentin soyuqqanlılığı qorumaqla bağlı çağırışına baxmayaraq Azərbaycanın beynəlxalq standartlardan geriyə doğru hərəkət etməsini görmək mənim üçün təəssüfləndiricidir. Belə təəssürat yaranır ki, çağırış yalnız bir il qüvvədə oldu",- deyə Haraşti bildirib. O, rəsmi şəxslərin irəli getməyin yeganə yolunun jurnalistlərə qarşı cinayət təqibinə son qoymaq olduğunu anlayacaqlarına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti