...

Teymur Rəcəbov Korsikada keçirilən "Ümidlər matçı"nı udub

Cəmiyyət Materials 19 May 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Korsikada Porto-Vekkioda keçirilən "Ümidlər matçı"nda norveçli Maqnus Karlseni məğlub edib.

Rəqiblər "10+3" vaxt nəzarəti ilə iki partiyanı keçirsələr də, qalibi müəyyənləşdirə bilməyiblər. Blitsdə isə Veyk-An-Zee superturnirinin qalibi daha güclü olub. Teymur skandinavı 3:2 hesabı ilə yenib.

Qeyd edək ki, Rəcəbov sürətli şahmat üzrə tanınmış qrossmeysterlərdən biri hesab olunur və adətən belə yarışlarda qalib gəlir. Hmçinin Teymurun reytinqi Karlsendən daha yüksəkdir. Belə ki, həmyerlimiz FİDE reytinqində 7-ci, Maqnus isə 22-ci yerdə gedir.

"Ümidlər matçı"nadək Rəcəbov Yekaterinburqun "Ural" komandasının tərkibində Rusiya çempionatının gümüş mükafatçısı olub.

Xəbər lenti

Xəbər lenti